- Köhnə - Cəmiyyət
- 12 Noyabr 2013 19:51
- 1 459
Milli Məclisin nümayəndə heyəti Forumda iştirak edəcək
![](https://www.aznews.az/storage/photos/загруженноеsadfsghkjhjil.jpg)
Tədbirdə "Konstitusiya. Demokratiya. Parlamentarizm" mövzusunda Forumda Rusiya və dünya təcrübəsinə nəzər salınacaq. Tematik seksiyalarda parlament, demokratik dəyərlər və ictimai rəy, müasir dünyada parlament diplomatiyasının formaları, siyasi sistemlərin və seçki sistemlərinin inkişafı sahəsində beynəlxalq təcrübə, konstitusiya islahatları, qanun yaradıcılığında inkişaf tendensiyaları mövzuları ətrafında geniş fikir mübadiləsi aparılacaq. Azərbaycan parlamentinin təmsilçiləri müzakirələrdə yaxından iştirak edəcəklər.
Səfər noyabrın 15-də başa çatacaq.
AzNews.az