“Bəzi məmurlar gizli iqtisadiyyatı himayə edir”- Deputat


"Azərbaycanda tikinti sektoru əmək və vergi qanunvericiliyin ən çox pozulduğu sahələrdən biridir".


AzNews.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat İlyas İsmayılov deyib.

İ.İsmayılov bildirib ki, ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla dövlət obyektləri tikilir və istifadəyə verilir: "Araşdırmalar göstərir ki, təkcə özəl şirkətlər hesabına Azərbaycanda ildə orta hesabla 1,8 milyon kvadratmert yaşayış sahəsi istifadəyə verilir. Bəs reallıqda bu rəqəm necə olamalıdır? Bizim kimi neft ölkəsi sayılan Rusiya və Qazaxıstanda il ərzində adambaşına 4,9 və 1,3 kvadramemetr yaşayış sahəsi istifadəyə verilir. Bizdə isə heç 0,2 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmir. Deməli ən azından göstərilən bu qədər mənzil sahəsinin tikintisi vergi və statistikadan gizlədirlər".

Deputatın sözlərinə görə, belə inşaat şirkətləri və sosial ayırmalardan qaçmaq məqsədi ilə işçilərinin real sayını və əmək haqlarını da gizlədirlər: "Bu həm işçilərin hüquqlarını pozulması, həm də vergi baxımdan böyük itkidir. Azərbaycanda əksər tikinti şirkətlərini güclü himayədarları var və bu himayədarlıq tək qanunçuluq baxımından deyil, həm də dövlətin vergi siyasətinə ziddir. Belə olan təqdirdə "Kölgə iqtisadiyyatında qayda" haqqında qanun yaradılmır. Hesab edirəm ki, kölgə iqtisadiyyatının üzə çıxarılması yolu ilə vergi yığımını xeyli artırmaq olar".

Dövlət strukturlarında ciddi islahatların aparılmasının vacibliyini qeyd edən İ.İsmayılov deyib ki, bir çox respublika və rayon səviyyəli qurumar ləğv edilməli, yaxud birləşdirməlidir. Ayrılan vəsaitin ünvanlılığı təmin edilmədiyindən Azərbayacan ailəsi gəlirinin 40-60 % ərzağa, 20-30 % kommunal xərclərə yönəldir, yerdə qalan 10 %-la isə nə etmək olar?". İ. İsmayılov onu da qeyd edib ki, dövlət idarəçilik sistemin də elə məmur təbəqəsi formalaşıb ki, onların heç də hamısı iqtisadiyyatın irəliyə aparılmasında, kölgə iqtisadiyyatı ilə ciddi mübarizə aparılamasında maraqlı deyillər. Hətta, ümumiyyətlə islahatın nə olduğunu bilmirlər.

AzNews.az