Xəzərin problemləri üzə çıxacaq

Avqustun 12-də Xəzər günü kimi qeyd edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər dənizinin problemlərinə və mühafizəsinə dair ictimaiyyətin məlumatlılığını artırmaq məqsədilə bir sıra tədbirlərin keçirilməsini planlaşdırır. Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, tədbirdə müvafiq dövlət qurumlarının, QHT və ictimai təşkilatların, o cümlədən gənclərin iştirakı ilə Xəzərin ekoloji problemləri, görülən işlər, Xəzər İnformasiya Mərkəzinin yaradılması və ictimaiyyətin Xəzər dənizinin mühafizəsi prosesinə cəlb edilməsi mexanizmini müzakirə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi idarə və təşkilatları, bələdiyyələri, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak edərək öz töhvəsini verməyə çağırır.

Mirvari Nəcəf
AzNews.az