- Köhnə - Cəmiyyət
- 16 Noyabr 2013 20:25
- 1 829
Lənkərandakı insidentlə bağlı məlumat yayıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış araşdırma zamanı həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmaması və Müdafiə Nazirliyinin Sütəmurdov kəndi ərazisində yerləşən "N" saylı hərbi hissəsinin hasarına bitişik xüsusi rejimli mühafizə zonasında yerləşdiyi müəyyən edilib.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2, 23.1, 23.2, 23.3-cü maddələrinə əsasən hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. Bu torpaqlar onlara aid edilmiş xüsusi rejimli mühafizə zonaları ilə birlikdə adıçəkilən qurumlara təhkim edilir və dövlətin müstəsna mülkiyyəti hesab olunmaqla, bələdiyyə və xüsusi mülkiyyətə verilmir. Buna baxmayaraq, Sütəmurdov bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinin hərrac vasitəsi ilə satılması barədə 28 iyun 2013-cü il tarixli qərar qəbul edilib.
Məsələnin araşdırılması məqsədi ilə müvafiq materiallar hüquq-mühafizə orqanlarına təqdim edilmək üçün hazırlanır.
AzNews.az