Deputat Naxçıvandan narahatdır – Milli Məclis


"İran blokada şəraitində olan Naxçıvana yardım etmək əvəzinə, müxtəlif bəhanələrlə problem yaradılır".

AzNews.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycan İran qarşısında sərhəd-keçid məntəqsində baş verənlərlə bağlı məsələ qaldırmalıdır.

Bundan başqa parlamentlərarası dostluq qrupu da yaranan vəziyyəti müzakirə etməlidir.

S. Novruzov bu problemlə bağlı qış fəslində yarana biləcək narahatlığa da toxunub:

"Qarşıdan qış gəlir və blokada şəraitində yaşayan Naxçıvana giriş-çıxış İran vasitəsilədir. İstərdik ki, bu məsələ müzakirə edilsin və İran tərəfinin diqqətinə çatdırılmsın".

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, deputatın qaldırdığı problemin həlli məqsədilə danışıqlar gedir: "Əsas narahatlıq ağır tonajlı yük maşınlarla bağlıdır. Bu məsələ də yaxın zamanlarda müsbət həllini tapacaq".

Məhəmməd
AzNews.az