- Köhnə - Cəmiyyət
- 22 Noyabr 2013 16:55
- 5 347
MSK üzvü Akif Qurbanov Fransaya dəvət olundu
MSK üzvü, Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov Fransaya səfərə dəvət olunub.
O, Avropa Şurası tərəfindən keçiriləcək "Demokratiya uğrunda Dünya Forumu"na qatılacaq. Səfər Avropa Şurası Baş Katibliyinin rəsmi dəvəti əsasında həyata keçiriləcək. Dünya Forumu, 27-29 noyabr 2013-cü il tarixdə Strasburq şəhərində baş tutacaq.
Forumda 100-dən artıq ölkənin siyasi liderləri, dövlət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və jurnalistlər iştirak edəcək.
Həmçinin, tədbirə başda Avropa Şurasının Baş Katibi Thorbjorn JAGLAND, Fransa Senatının rəhbəri Jean-Pierre BEL, ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, səfir Janez LENARCIC olmaqla çox saylı beynəlxalq qurumların rəhbər vəzifəli şəxsləri qatılacaq.
Elman
AzNews.az