“İnanıram ki, bu problem 2014-cü ildə öz həllini tapacaq” “İnanıram ki, bu problem 2014-cü ildə öz həllini tapacaq”

Çingiz Qənizadə baş nazirə müraciət etdi

“İnanıram ki, bu problem 2014-cü ildə öz həllini tapacaq”




80 saylı İmişli-Beyləqan seçki dairəsindən millət vəkili seçilən Çingiz Qənizadə baş nazir Artur Rəsizadəyə müraciət edib.

Millət vəkili prezident seçkiləri öncəsi İmişli rayonunun 24 , Beyləqan rayonunun isə 17 kəndində görüşlər zamanı bəzi kənd məktəblərinin acınacaqlı vəziyyəti ilə də tanış olub.

Ç.Qənizadə seçicilərinin xahişi ilə həddindən artıq bərbad və acınacaqlı vəziyyətdə olan İmişli rayonu H.Hüseynov adına Qızılkənd tam orta məktəbi, Beyləqan rayonu Rövşən Əliyev adına Gödəklər kənd tam orta məktəbi, Şərq qəsəbəsi tam orta məktəbi və Xalac (Aşıqalılar) kənd tam orta məktəbinin əsaslı təmir və ya yeni müasir məktəb binalarının inşası ilə bağlı müvafiq tədbir görməsini xahiş edib.

Millət vəkili müraciətinə həmin məktəblərin görüntüsünü əks etdiən foto-şəkilləri də əlavə edib. "İnanıram ki, qeyd etdiyim problem 2014-cü ildə öz həllini tapacaq" , - deyə millət vəkili bildirib.

Elnur
AzNews.az