Prezident yol tikintisinə pul ayırdı - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AzNews.az - ın məlumatına görə, dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Qalınçaq-Ruşan avtomobil yolunun tikintisi məqsədilə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,0 (iki) milyon manat ayrılıb.


AzNews.az