Sabaha olan hava proqnozu

Azərbaycanda soyuq hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, dekabrın 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Bakı və Abşeron yarımadasında dekabrın 15-də havanın temperaturunu gecə 0 dərəcəyə yaxın, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

AzNews.az