Xanım Qafarova Türkiyəyə getdi


Əməkdar artist Xanım Qafarova bu gün səhər saatlarında müalicəsi ilə əlaqədar Türkiyəyə gedib.


Bu barədə AzNews.az-a aktirisanın anası məlumat verib. Onun sözlərinə görə, bu dəfə X.Qafarova 10-15 gün müalicə kursu alacaq:

"Xanım bibisi ilə gedib. Terapiyadan sonra əhvalı yaxşı olmur. Ona görə yanında kimsə qalmalıdır".

Xatırladaq ki, X.Qafarova xərçəng xəstəliyindən əziyyət çəkir və o, bununla əlaqədar 3 dəfə əməliyyat olunub. Bundan başqa isə Türkiyədə 10 günlük kimyaterapiya kursu keçib.

Bahar Rüstəmli
AzNews.az