Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq

Azərbaycan prezidenti İlham Əliyev Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Gəncə Şəhər İcra Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.


AzNews.az