- Köhnə - Cəmiyyət
- 11 Fevral 2014 11:13
- 3 595
Nicat Dağlar: “Çətin keçdi, amma dözdük“
AzNews.az-ın məlumatına görə, bu barədə xəbəri jurnalist "Facebook"dakı səhifəsində yazıb.
N. Dağlar iki gün əvvəl analizlərini verdiyini və cavabların ürəkaçan olduğunu qeyd edib: "Vəssalam, bu kursu da bitirdik. Bütün analizlərin, o cümlədən iliyin müayinəsinin ürəkaçan nəticəsi oldu. Çətin keçdi, ağrılı oldu amma dözdük və nəticədə dostları sevindirəcək cavablar aldıq. Mərəzi yenirik! Ötən ilin iyun ayında məni yarıcan vəziyyətdə qəbul etmiş həkimim, hemotologiya üzrə Almaniyada say-seçmə mütəxəssislərdən olan doktor Ştal bu gün məni yola saldı. O da sevinirdi - 6 ayın müalicəsinin nəticəsindən razı qalmışdı. Ən ağır vəziyyətimdə belə ona demişdim ki, doktor, mən bu xəstəliyi yenəcəm! İnşallah ki, hər şey mənə əziz olan insanların arzuladığı kimidir. Qaydaya görə, 1 ilin tamamında da müayinədən keçmək lazımdır. İnanıram ki, bu proses də ugurla başa çatacaq. Dostlara salamlar! İnşallah sabah vətəndə olacam!"
Qeyd edək ki, Nicat Dağlar ağır xəstəlikdən əziyyət çəkib. Prezident İlham Əliyev isə jurnalistin müalicə xərclərinin ödənilməsini öz üzərinə götürüb. Nicat Dağlar həmçinin jurnalistlər üçün tikilmiş binada mənzillə təmin olunub.
AzNews.az