Rafiq Hüseynov sabah qayıdır: “Hər şey qaydasındadır”


"Dünən həkimlər məni müayinədən keçirdilər. Həkimlər bildirdilər ki, hər şey qaydasındadır, əməliyyat uğurlu effekt verib".
Bunu AzNews.az-a Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. O bildirdib ki, kimyaterapiya zamanı şəkəri qalxıb: "Kimyaterapiya zamanı qəfildən şəkərim qalxdı. Həkimlər onu aşağı saldılar. İndi bu gün təkrar müayinədən keçəcəm. Sabah isə Azərbaycana qayıdacam".

Qeyd edək ki, R.Hüseynov xərçəng xəstəliyindən əziyyət çəkib və o, bununla əlaqədar Türkiyədə əməliyyat olunub.

Bahar Rüstəmli
AzNews.az

Copyright © 2025