“Eynullanın kimin sifarişini yerinə yetirməsi bəllidir”

"Eynulla Fətullayevin kim olduğu, kimlərin sifarişini yerinə yetirdiyi hamıya məlumdur".

Bunu AzNews.az-a açıqlamasında AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirib. O deyib ki, bu cür qeyri-ciddi məsələyə xüsusi şərh vermək niyyətində deyil: "Mənim bütün fəaliyyətim şəffafdır".
"Xədicə İsmayılın ABŞ kəşfiyyatına belə bir siyahı ötürməsinə inanırsınızmı" sualına H. Kərimov belə cavab verib: "Xeyir, inanmıram. Bu yazını yazan şəxsdə Xədicə İsmayılda olan dövlət və millət sevgisinin bircə faizi olsa, çox sevinərdim. Öz gözündə tiri görməyib, başqasında tük axtarmaqdan şərəfsiz bir iş yoxdur".

Xatırladaq ki, Eynulla Fətullayev "Tam məxfi: ABŞ kəşfiyyatçıları və Xədicə İsmayılovanın casus hesabatı" adlı yazısında AXCP Ali Məclisinin sədri Həsən Kərimovu hakimiyyətə işləməkdə ittiham edib: "Siyasətçi Həsən Kərimov, AXCP sədrinin müavini - MTN-in Antiterror Mərkəzi ilə birbaşa əlaqədədir. İdarə olunur".

Bahar Rüstəmli
AzNews.az