- Köhnə - Cəmiyyət
- 25 Fevral 2014 10:00
- 6 239
Kəmaləddin Heydərov vətəndaşlarla görüşəcək- Qubada
Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında bildirilir ki, qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Quba şəhər Mədəniyyət Evinin binasında (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti 165) 27 fevral 2014-cü il tarixində saat 10:00-dan başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
AzNews.az