Kərəm Həsənov vətəndaşlarla görüşdü

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Ucar şəhərində vətəndaşlarla görüşüb.

AzNews.az-ın Komitənin saytına istinadən verdiyi məlumata görə, Ucar şəhərində keçirilən vətəndaş qəbulunda Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarından olan vətəndaşlar iştirak edib.

Onların müraciətlərinə baxılıb, təklif və xahişləri dinlənilib.

Səsləndirilən müraciətlər daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, sosial və s. məsələlərlə bağlı olub.

Qəbula gələn hər bir vətəndaş müraciətinə komitə sədri tərəfindən diqqətlə yanaşılıb. Komitənin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib. Bir sıra məsələlərin operativ həlli üçün komitə sədri tərəfindən uyğun göstərişlər verilib. Qaldırılan müraciətlər qanunvericiliyə uyğun olaraq yerindəcə həllini tapıb.

Vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi qaydalar izah edilib və araşdırılmalı müraciətlər qeydiyyata alınıb. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

AzNews.az