İmran Cəfərzadə Bakıya qayıdır

Xeyli vaxtdır, Almaniyada müalicə olunan 3 yaşlı İmran Cəfərzadə Bakıya qayıdır.

İmranın bir ayağına protez qoyulub, digər ayağı isə bərpa olunub. Həkimlər İmranın Bakıda bir müddət qaldıqdan sonra müayinə üçün yenidən Almaniyaya qayıtmasını nəzərdə tutublar. İmran bir neçə əməliyyatdan daha keçəcək. 8 aydır, Almaniyada xəstəxanada olan ailə martın 8-də Bakıya qayıdacaq.

APA TV-nin xəbərinə görə, ötən ilin iyulun 21-də İmran Cəfərzadə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən "Nabran Holiday Village" istirahət mərkəzində hovuzun içərisində suda olarkən yaxınlıqda quraşdırılmış "Akvapark" adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından azyaşlı İmran Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə keçib və körpə ağır bədən xəsarətləri alıb. Hadisə ilə bağlı Baş Prkorurluqda cinayət işi açılıb, 3 nəfər həbs olunub. İstirahət Mərkəzinin lisenziyası isə ləğv olunub.

İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib.


AzNews.az