8 Mart günü qadın “Azərsu”nun kişi işçisini döydü

Səbailin Qurban Abbasov küçəsi, ev 40 ünvanında Reyhan Rzayeva adlı xanım əks cinsdən olan Gülağa Cəfərovu döyüb.


"Azərsu" ASC-nin əməkdaşı Gülağa Cəfərov Reyhanın yaşadığı mənzil 21 ünvanına su pulunu almağa gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Reyhan Gülağanı döyüb.

Faktla bağlı araşdırma aparılır. (Teleqraf.com)