Deputatlarımız TÜRKPA-nın iclasında

Bu gün Qazaxıstanın paytaxtı Astanada TÜRKPA-nın (Türkdilli Dövlətlərin Parlament Assambleyası) Hüquq məsələləri komissiyasının üçüncü toplantısı keçirilir. AzNews.az xəbər verir ki, iclasda millət vəkilləri Çingiz Qənizadə və İqbal Ağazadə iştirak edirlər.

"TÜRKPA-ya üzv dövlətlərin qanunvericiliyinin uyğunlaşdırılması sahəsində fəaliyyətləri" mövzusunda çıxış edən TÜRKPA-nın Hüquq məsələləri komissiyasının üzvü Çingiz Qənizadə hesabat məruzəsinin layihəsini tədbir iştirakçılarına təqdim edib. Millət vəkili iclasın ikinci hissəsində sədrlik edib.

Məlumat üçün bildirək ki, iclasda Hüquq məsələləri komissiyasının 4-cü toplantısının bu ilin ikinci yarısında Qırğızıstanda keçirilməsi qarara alınıb. Qeyd edək ki, TÜRKPA-nın növbəti tam tərkibli plenar iclası bu ilin iyun ayında Bakıda keçiriləcək.

AzNews.az