“Heydər Əliyev və müasir gənclik”- Dəyirmi masa

Bu gün mərhum, eks-prezident Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı Təhsil Mərkəzində "Heydər Əliyev və müasir gənclik" mövzusunda dəyirmi masa keçirilib.

"HƏMRƏY" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən keçirilən tədbirdə birliyin sədri Yəhya Babanlı dəyirmi masanı açıq elan edərək, iclasın əhəmiyyətindən danışıb. Tarixçi Azad Alıyev Şuşanın işğalı ilə əlaqədar fikirlər səsləndirib. Daha sonra tədbirdə Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik strategiyası, həyata keçirdiyi uğurlu siyasət, apardığı islahatlar barədə geniş diskussiya aparılıb. Tədbir iştrakçıları onun Azərbaycan gəncliyinə verdiyi dəyərin əvəzolunmaz olduğunu qeyd ediblər: "Heydər Əliyevin gənclərlə iş sahəsində yürütdüyü siyasətin nəticəsidir ki, bu gün gənclərimiz xaricdə təhsil alma və dünyada layiqli yertutma imkanları qazanıblar. Hazırda dövlət, hökumət orqanlarında və ictimai təşkilatlarda gənclərimiz çalışırlar. Azərbaycanda gənclərə xüsusi qayğı və diqqətlə yanaşılır. Müasir gənclik Heyder Əliyev irsinin davamçılarıdır. "HƏMRƏY" Təhsil Mərkəzində gələcəyə sağlam düşüncəli, intellektual, savadlı gənclərin yetişdirilməsində məhz Heydər Əliyevin siyasətini rəhbər tutur, onun ideyaları, fəlsəfəsi yaşadılır və davam etdirilir".

Xəyalə
AzNews.az
image description image description image description