“Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin ərazisində gizlənir. O, rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedib və bu günə qədər də diplomatik nümayəndəliyin ərazisindədir”. “Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin ərazisində gizlənir. O, rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedib və bu günə qədər də diplomatik nümayəndəliyin ərazisindədir”.

Emin Hüseynov Amerika səfirliyində gizlənir- İddia

“Emin Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin ərazisində gizlənir. O, rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstututunun ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedib və bu günə qədər də diplomatik nümayəndəliyin ərazisindədir”.



AzNews.az xəbər verir ki, bu məlumatı virtualaz.org-a Azərbaycandakı diplomatik mənbələrdən biri verib.

Beləliklə, görünür, Azərbaycanda da amerikalı jurnalist Culian Assancın qaçıb Ekvadorun Londondakı səfirliyini binasına sığınması hadisəsini xatırladan qalmaqallı proses başlayır. C.Assanc ABŞ və İsveç hökumətləri tərəfindən təqib olunur. Lakin jurnalist vaxtında Ekvador səflirliyinin ərazisinə sığınaraq gizlənməyə nail oldu. Məlum olduğu kimi, mövcud beynəlxalq hüquq norma və prinsipləri kimisə səfirlik binasında həbs etməyə icazə vermir, çünki bu, artıq başqa dövlətin ərazisi sayılır. C.Assancın qaçışı ABŞ, İsveç, Böyük Britaniya və Ekvador hökumətləri arasında ciddi diplomatik qalmaqala səbəb olmuşdu.

Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun əməkdaşları E.Hüseynovun rəhbərlik etdiyi RATİ-nin ofisində axtarış aparıblar. E.Hüseynov özü isə vergidən yayınmaqda ittiham edilir. Yada salaq ki, bu ittiham ABŞ-da ən ağır cinayətlərdən sayılır və qanunla çox ciddi şəkildə təqib olunur. Ona görə də anlaşılmaz vəziyyət yaranır: ABŞ səfirliyinin əməkdaşları iqtisadi cinayətdə ittiham edilən şəxsi öz ərazilərində gizlədir, bununla da istintaq orqanlarının onu dindirməsinə və sorğu-sual etməsinə qəsdən əngəl törədirlər.

Mötəbər mənbələrin verdiyi məlumata görə, Azərbaycanın daxili işlərinə bu cür məqsədyönlü və kobud müdaxilə, habelə ABŞ hakimiyyəti orqanlarının Azərbaycanın hüquq-mügafizə və istintaq orqanlarına təzyiqləri iki ölkə arasında böyük diplomatik qalmaqal yarada bilər.

AzNews.az