“Bu, bizim işğal edilmiş kəndimizdəki evimizin uçuq divarlarıdır” “Bu, bizim işğal edilmiş kəndimizdəki evimizin uçuq divarlarıdır”

İqbal Ağazadə işğaldakı evinin fotosunu yaydı

“Bu, bizim işğal edilmiş kəndimizdəki evimizin uçuq divarlarıdır”



Musavat.com xəbər verir ki, millət vəkili İqbal Ağazadə Facebook vasitəsi ilə Füzuli rayonunun Merdinli kəndindəki evlərinin google-mapsdan alınan foto - görüntülərini yayıb. Hazırda ermənilərin işğalında olan həmin ev barədə isə aşağıdakıları yazıb:



"Yay aylarında dostlarımdan kimsə "kənddəyəm" deyəndə içimdə nəsə qırılır... Bir adamın kəndinin olmaması məncə faciədir, yarımçıqlıqdır... Bu, bizim işğal edilmiş kəndimizdəki evimizin uçuq divarlarıdır. Hər gün xəritədə neçə dəfələrlə o yolları eynən uşaqlıqdakı kimi, sallanaraq aşağı-yuxarı gedirəm. Eynən uşaqlıqdakı kimi..."


AzNews.az