TQDK-dan açıqlama

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 21-də saat 18:20-dən etibarən rezidenturanın boş qalan plan yerlərinə elan olunmuş müsabiqənin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, namizədlər nəticələrini TQDK-nın internet saytından və ya iş nömrəsini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 132 namizəd ərizə təqdim edib. Qəbul olan şəxslər tələb olunan sənədləri (iş nömrəsi, şəxsiyyət vəsiqəsi və onun surəti, ali tibb təhsili haqqında sənəd (diplom) və onun surəti) avqust ayının 25-də və 26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Naxçıvan Dövlət Universitetinin (NDU) rezidenturasına qəbul olanlar isə NDU-nun tibb fakültəsində qeydiyyatdan keçməlidirlər.

AzNews.az