Millət vəkili Fazil Mustafa tanınmış jurnalist Aqil Ələsgəri məhkəməyə verir. Millət vəkili Fazil Mustafa tanınmış jurnalist Aqil Ələsgəri məhkəməyə verir.

Deputat saytı məhkəməyə verdi

Millət vəkili Fazil Mustafa tanınmış jurnalist Aqil Ələsgəri məhkəməyə verir.


AzNews.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili öz facebook səhifəsində paylaşıb.

Həmin statusu təqdim edirik: "Haqqımda təhqiramiz yazı yazmış Aqil Ələsgər və onu yerləşdirmiş Azerinfo.org saytını məhkəməyə vermək barədə qəti qərara gəldim. Buyurub yazdıqlarını sübut etsinlər, əsas məqsəd odur ki, kimsə evində olan problemin səbəbini başqa yerdə bundan sonra daha axtarmasın. Adam haqqında jurnalist çevrəsindən maraqlandım, elə bir obrazını təqdim etdilər ki, inanın ki, əl verib görüşməyə utanarsınız. Çox zaman məhz bu kimliklər üzərimizə utanmadan gəlirlər. Maraqlıdır ki, Aqil Ələsgərin adı Ergenekon davasında da Türkiyə hakimiyyətinə qarşı komplolarda yer alır. İndi birdən-birə Türkiyə hakimiyyətinin müdafiəçisi kimi çıxış edərək Azərbaycanlıların əleyhinə mövqe sərgiləməsi düşündürücüdür. Təbii ki, Ergenekon da siyasi bir dava idi və hüquqi əsası olmadığına görə dayandırıldı. Ancaq bütün hallarda Ərdoğan hakimiyyətini devirmək üçün qurulduğu iddia olunurdu və maraqlıdır ki, Azərbaycanda da əsasən bu şəxsin adı hallanırdı. İndi qatı Ərdoğan kursunun müdafiəçisinə çevrilməsi və onların gözündə bəraət alması üçün Azərbaycanın millət vəkillərinə, litsey məzunlarına böhtan atması anlaşılandır".