- Köhnə - Cəmiyyət
- 24 Sentyabr 2014 10:49
- 3 575
Şeyx Rusiyaya gedir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 25-də Rusiya Federasiyasına səfərə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiyanın Patriarxı Kirillin dəvəti əsasında həyata keçirilir.
MDB Dinlərarası Şurasının həmsədrləri olan Patriarx Kirillə QMİ sədri A. Paşazadənin görüşü sentyabrın 26-da Patriarxın Moskvadakı rəsmi iqamətgahında baş tutacaq.
Səfər proqramına Sankt-Peterburq şəhərini ziyarət də daxildir.