- Köhnə - Cəmiyyət
- 8 Oktyabr 2014 12:10
- 3 237
Misirə getmək çətinləşdi
Misir Azərbaycan vətəndaşları üçün viza rejimini çətinləşdirib.
AzNews.az xəbər verir ki, bu haqda informasiyanı Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyi yayıb.
Xəbərdə deyilir ki, daha əvvəl Azərbaycan vətəndaşları Misirin Xurqada və Şarm-Əl Şeyx şəhərlərinə vizanı həm Misirin Azərbaycandakı səfirliyində, həm də sözügedən şəhələrin aeroportlarında ala bilirdilər. Lakin artıq bu, mümkün olmayacaq. Belə ki, artıq Azərbaycan vətəndaşları Misirin bütün şəhərlərinə səyahət etmədən öncə vizanı yalnız Misirin Azərbaycandakı səfirliyindən ala biləcəklər.