- Köhnə - Cəmiyyət
- 10 Oktyabr 2014 10:58
- 3 904
Pakistan mediası Mehriban Əliyeva haqda yazdı
AzNews.az xəbər verir ki, Pakistanın "Jhang", "The News", "Express Preshawar" qəzetləri, "Diplomatik Star", "Centreline" jurnalları, "DNA news", "Pakistan in the World" informasiya agentlikləri tərəfindən tədbir haqqında məqalələr dərc olunub.
Məqalələrdə bildirilib ki, bölgələrdə təşkil olunan mərasimlərdə Pakistanın tanınmış siyasətçisi, Pakistanın sabiq neft naziri və sabiq ticarət naziri, senator Səlim Seyfulla Xan, Pakistan Parlamentinin sabiq sədr müavini, Pakistan-Azərbaycan dostluq qrupunun üzvü Feysəl Kərim Kundi, Bayt-ul-Malın təşkilatının icraçı direktoru Vahid Şeyx və administrasiyanın rəhbəri Cahangir Axtar, digər tanınmış şəxslər çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya hər bir müsəlman üçün xüsusi önəm kəsb edən bayram günündə çətin maddi və mənəvi durumda olan məcburi köçkünlərin dərdinə şərik olmasına görə minnətdarlığını bildiriblər.
Məqalələrdə Ravalpindi şəhərində təşkil olunmuş mərasimdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarovun tədbir iştirakçıları qarşısında çıxış edərək onları bayram münasibəti ilə təbrik etdiyi qeyd olunub.