Artıq bir ildən çoxdur ki, təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə orta məktəblərdə əlavə dərs saatları təşkil olunur. Göstərişə əsasən hər hansı şagird proqram materiallarını kifayət qədər mənimsəmədikdə o, əlavə dərslərə cəlb olunur. Artıq bir ildən çoxdur ki, təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə orta məktəblərdə əlavə dərs saatları təşkil olunur. Göstərişə əsasən hər hansı şagird proqram materiallarını kifayət qədər mənimsəmədikdə o, əlavə dərslərə cəlb olunur.

Nazirin göstərişi müəllimlərin “cibinə işlədi” – Məktəblərdə rüşvət tüğyanı

Artıq bir ildən çoxdur ki, təhsil naziri Mikayıl Cabbarovun göstərişi ilə orta məktəblərdə əlavə dərs saatları təşkil olunur. Göstərişə əsasən hər hansı şagird proqram materiallarını kifayət qədər mənimsəmədikdə o, əlavə dərslərə cəlb olunur.



Lakin görünür, nazirin bu göstərişi əksər məktəblərdə şagirdlərin dərs proqramını mənimsəmək üçün yaradılan fürsət kimi deyil, müəllimlərin əlavə qazanc mənbəyi kimi başa düşülüb. Belə olmasaydı, məktəblərdə əksər şagirdləri əlavə saatlara cəlb etmək və bunun müqabilində onlardan pul tələb edilməzdi. Bildirək ki, məşğələlərə görə məktəblərdə hər şagirddən 20-50 manat civarında pul alınır. Yəni nazirin tövsiyəsindən sonra müəllimlərin repetitorluq etmələrinə elə məktəbin özündə şərait yaradılıb.

AzNews.az-a daxil olan məlumatlara görə, bu yeni "pul yığımı kampaniyası" Bakının bir sıra məktəblərində, xüsusən Xətai, Yasamal rayonlarında, eləcə də Xırdalan şəhərində və Sumqayıtda yerləşən bütün məktəblərdə yüksək səviyyədə həyata keçirilir.

Məsələ ilə bağlı Təhsil Naziriliyinin mövqeyini öyrəndik. Nazirliyin mətbuat xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə əlavə məşğələlərin keçirilməsi təqdirə layiq haldır, lakin bu, pulsuz həyata keçirilməlidir: "Hər hansı şagird proqram materiallarını kifayət qədər mənimsəmədikdə müəllim tərəfindən əlavə məşğələlərə cəlb olunmalıdır. Bu müəllimin vəzifə funksiyalarına daxildir, hər hansı təmənna olmadan bu iş məktəb rəhbərlərinin nəzarəti və rəhbərliyi ilə təşkil olunmalıdır".

Mövzunu davam etdirəcəyik

Gültəkin ƏLƏSGƏR