- Köhnə - Cəmiyyət
- 20 Oktyabr 2014 19:26
- 4 587
Jurnalistlər “Qarabağ” üçün yola düşdülər- FOTO
Bir qrup azərbaycanlı jurnalist Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” klubuna “Dnepr”lə qarşılaşmada dəstək vermək üçün Kiyevə səfərə gedir.
AzNews.az əməkdaşlarının da daxil olduğu 15 nəfərlik heyət qatarla Bakıdan Tiflisə, oradan isə təyyarə ilə Kiyevə yola düşəcək.
Oktyabrın 23-də keçiriləcək qarşılaşmadan öncə jurnalistlər "Olimpiyskiy" stadionuna dostluq yürüşü edəcək.
Oyun öncəsi "Qarabağ" klubunun təmsilçiləri və futbolçularımızla görüş keçiriləcək .
Azərbaycan jurnalistlərinin Kiyevə səfəri "Azərsun" brendi olan "Azərçay" və "Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən maliyyələşdirilib.

AzNews.az