Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin 21-22 oktyabr 2014-cü il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub. Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin 21-22 oktyabr 2014-cü il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub.

Həştərxanlı qonaqlar bir sıra görüşlər keçirdi

Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin 21-22 oktyabr 2014-cü il tarixlərində ölkəmizə işgüzar səfəri baş tutub.



Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı önünə tər güllər qoyulub.

Sonra qonaqlar Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər.
Daha sonra nümayəndə heyətinin Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə görüşü olub. Görüş zamanı ölkələrimiz arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilən və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilmiş və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub. A.Fərzəliyev Azərbaycan tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb.

Qeyd edək ki, 2010-cu ildə Həştərxan şəhərinin mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olub. Abidənin yerləşdiyi və 3,5 hektar ərazini əhatə edən parkda abadlıq və yenidənqurma işləri aparılmış və sakinlərin istifadəsinə verilib.

2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin adını daşıyan 11 nümrəli orta məktəb tam rekonstruksiya olunub, iki yeni korpusu inşa edilib və şagirdlərin təhsilini lazımi şəkildə təşkil edilməsi üçün bütün şərait yaradılıb.

2012-ci ildə Həştərxanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə Rusiya-Azərbaycan Dostluq körpüsünün və Heydər Əliyev adına parkda "Arzu" uşaq əyləncə şəhərciyinin açılış mərasimləri baş tutub.

2013-cü ildə Həştərxan şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan Müqəddəs Knyaz Vladimirin abidəsinin açılış mərasimində iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva həmçinin "Arzu" uşaq kafesinin açılışında da iştirak edib.

2014-cü ildə isə Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta məktəbin nəzdində müasir memarlıq üslubunda inşa edilən 140 yerlik yeni uşaq bağçasının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev iştirakı ilə açılış mərasimi baş tutub.
image description image description image description image description image description