Sabah Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevə hökm oxunacaq. Sabah Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevə hökm oxunacaq.

Sabah Eldəniz Quliyevə hökm oxunacaq - Açıqlama

Sabah Ziyalılar Birliyinin sədri, Milli Şura üzvü Eldəniz Quliyevə hökm oxunacaq.


Bu barədə məlumatı AzNews.az-a Eldəniz Quliyevin özü verib.

Onun sözlərinə görə, sabahkı məhkəmədən çox şey gözləyir.

Eldəniz Quliyev, həmçinin məhkəmədən heç nə gözləmədiyini vurğulayıb.

Xatırladaq ki, Eldəniz Quliyevin məhkəmə prosesi sentyabrın 8-də başlayıb.

Ramil Usubov Eldəniz Quliyevin Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə cəzalandırılması üçün xüsusi ittiham qaydasında iddia qaldırıb.

İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə yazdıqları olub. O, "Facebook" sosial şəbəkəsindəki səhifəsi vasitəsilə Ramil Usubova müraciət ünvanlayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az