Mif və reallıq

AzNews.az 1985-ci ildə ABŞ-da Türk-amerika assosiyasiyası assambleyası tərəfindən nəşr edilən "Erməni genosidi. Mif və reallıq" kitabını dilimizə tərcümə edərək, sizə təqdim edir. Günümüzün acı reallığından biri də Ermənistan dövlətinin terroru dəstəkləməsi və həyata keçirilməsində bilavasitə iştirak etməsidir.

Xüsusilə son günlər Ramil Səfərovun Macarıstandan ölkəmizə ekstradisiyası və Prezident İlham Əliyev tərəfindən əhv edilərək, azadlığa qovuşmasından sonra Azərbaycana və vətəndaşlarımıza qarşı aqressiv olan erməni terror təşkilatlarının hədələri ilə üz-üzə qaldığımız bir ərəfədə tarixi faktlar baxımından bu kitab olduqca böyük əhəmiyyət kəsb edir.

Kitabda ilk növbədə hamıya məlum olmayan dərc edilmiş faktlar, sənədlər, rəsmi vəzifəli şəxslərin siyahısı, Amerika Birləşmiş Ştatlarının konqresinin stenoqramları, publisistlərin, demoqrafların, tarixçilərin, diplomatların məqalələri əsasında Osmanlı imperiyasında "erməni genosidi" kimi adlandırılan mif ifşa edilir. İlk növbədə erməni terrorizmi – onun əsası, dünyanın müxtəlif ölkələrində hər növ təşkilat və narkotik ticarəti ilə əlaqəsi, onun agentlik şəbəkəsi və törətdiyi cinayətlərin xronologiyası geniş şəkildə və sənədlər əsasında nəzərdən keçirilir. Bu beynəlxalq təhlükəsizlik xidməti üçün ciddi məsələ olub. Kitab mütəxəsislər, o cümlədən, geniş oxucu kütləsi üçündür.


Çıxarış 15

Türk-amerikan münasibətlərinə və təhlükəsizlik sahəsindəki əməkdaşlığa, həmçinin ABŞ-ın strateji maraqlarına mənfi təsir:
... bu qətnamənin qəbul olunması ABŞ və NATO-nun Şərqi Aralıq dənizi hövzəsindəki strateji maraqları üçün dərin neqativ nəticələrə gətirib çıxaracaqdır. Bu yaxınlarda Türkiyəyə səfər etmiş Silahlı Qüvvələr Komitəsinin nümayəndələri əmin olmuşlar ki, türk hakimiyyəti və bütövlükdə ictimai rəy belə bir qətnamənin qəbulunu son on ildə qırxdan artıq türk diplomatının və çoxsaylı günahsız şahidlərin xain qətlini təşkil edən məlum erməni terror qruplaşmalarının əməllərini dəstəkləməyə bərabər tutur.
Qanun layihəsinin qəbul edilməsi niyyəti Türkiyə Respublikasını parçalamaq olan kəslərin düşərgəsində ABŞ konqresninin də yer almasına gətirib çıxırırdı:
...Öz təcrübəmdən bilirəm ki, bir çox Amerika hüquqşünasları qətnaməyə əməli nəticəsi olmayan simvolik jest kimi baxırlar. Onların fikrincə, erməni əsilli amerikanlıların əksəriyyəti yalnız əcdadlarının zərər çəkməsi ilə bağlı etirafa nail olmağa çalışırlar. Bunun nə ziyanı var? Axı söhbət keçmişdən gedir. Tarixi həqiqətin təsdiqi, başqa heç nə. Ancaq bu, əlbəttə ki, yalandır, nəzərə almaq lazımdır ki, "Nyu-York Erməni Milli Komitəsi" tipli əsas erməni-amerikan qrupları, bu gün açıq-aşkar, onların (ermənilərin-red) öz vətəni hesab etdiyi əraziləri türklərdən azad etməyə çağırırlar. Ona görə də, tarixi versiyanın ratifikasiyasına simvolik xüsusda deyil, artıq bu gün, 1985-ci ildə - Türkiyənin parçalanması ilə bağlı geosiyasi nəticələr əldə etməyə hesablanmış vasitə kimi baxılmalıdır.

Çıxarış 16

Türk xalqı Birləşmiş Ştatalar hökumətinə, xüsusən də konqresə ədalət və həqiqət tərəfdarları kimi baxır. Ona görə də türk siyasi liderləri türk xalqını aşkar ədalətsizliklə günahlandıran və yalanı doğru kimi qələmə verən ABŞ konqresinin bu aksiyasına öz seçiciləri önündə heç cür bəraət haqq qazandıra bilməz.

Çıxarış 17

Bu izahatı verməklə, NATO–nun cənub-şərq cinahının müdafiəsində və Yaxın Şərqin həyati vacib əhəmiyyətli regionunun sabitliyinin təmin olunmasıda Türkiyənin əsas rol oynadığını nəzərə alaraq, sizdən israrla xahiş edirəm ki, hazırkı qətnamənin əleyhinə səs verəsiniz, əks halda bu, strateji müttəfiqimiz və sadiq dostumuzla gözəl münasibətlərə yalnız zərər yetirə bilər.

Çıxarış 18

Bildiyiniz kimi, bu həftə "İnsanın insana qarşı qəddarlığı"" üzrə 192 sayılı qətnamənin qəbulu ilə bağlı müəyyən səylər göstərilməkdədir. Türkiyənin Amerikadakı səfiri olaraq, Sizi inandırmaq istəyirəm ki, bu cür qanun layihəsinin qəbulunu özlərini Birləşmiş Ştatların sadiq müttəfiqi və dostu hesab edən bütün türklər, hökumət üzvləri və müxalifət qüvvələri, görkəmli şəxslər, kəndlilər və şəhərlilər ölkənin və xalqın heç nəylə əsaslandırılmayan təhqiri kimi başa düşəcəkdir.

Çıxarış 19

Mən, bizim Türkiyə ilə münasibətlərimizlə bağlı digər vacib məsələ haqqında: yəni "Erməni soyqırımı"" adlanan qətnamə barəsində çıxış etmək istərdim. Yanvarda təqdim olunmuş 37 sayılı qətnamədə, 1915-1923-cü illərdə Türkiyədə törədilmiş "erməni soyqırımı"nı" xatırlatmaqla milli anım Gününü qeyd etmək də nəzərdə tutulmuşdur. Bu anım gününün necə keçirilməsindən asılı olmayaraq, hesab edirik ki, bu cür qanun layihələri əksinə işləyir, belə ki, son illlərdə əksəriyyətini diplomatlar təşkil edən əlliyə yaxın türk vətəndaşını qətlə yetirmiş erməni terroristlərini dəstəkləməyə xidmət edir. Bəzi qətllər Birləşmiş Ştatlarda törədilmişdir. Biz əminik ki, belə bir qətnamənin müzakirəsi Birləşmiş Ştatları çətin vəziyyətə salacaq və Türkiyə kimi əhəmiyyətli müttəfiqlə münasibətlərdə gərginliyə səbəb olacaqdır.
Bu mülahizələrdən çıxış edərək, inanıram ki, siz bu və buna bənzər digər qətnamələrin müsbət qiymətləndirilməsinin qarşısını almaqda öz dəstəyinizi əsirgəməyəcəksiniz.

Çıxarış 20

37 saylı qətnaməyə bənzər qətnamə ötən il sentyabr ayının 10-da nümayəndələr palatası tərəfindən qəbul olunmuşdur. Bu qətnamənin qəbulunun ABŞ-da, demək olar, səssiz ötüşməsinə baxmayaraq, bu məsələ Türkiyədə ümumi etiraz dalğası doğurdu. Birləşmiş Ştatlarla diplomatik münasibətlərə parlamentdə yenidən baxılması məsələsinə baş nazir Ozal müdaxilə etdi, amma türk hökuməti bizə bildirdi ki, gələcəkdə bu istiqamətdə yeni qətnamələrin qəbulu Türkiyə ilə Birləşmiş Ştatlar arasındakı həyat əhəmiyyətli münasibətlərə ciddi zərər verəcəkdir.

Çıxarış 21

...erməni siyasi partiyaları tələb edirlər ki:
Türkiyə hökuməti Osmanlı imperiyasının xələfi kimi erməni soyqırımını tanısın;
Türkiyə erməni xalqının tarixi vətənini qaytarsın;
Türkiyə hökuməti öz mənfur, misli görünməmiş cinayətlərinə görə, erməni soyqırımının qurbanlarına maddi təzminat ödəsin;
Bütün ölkələrin, xüsusən də, böyük dövlətlərin hökumətləri erməni soyqırımı faktını və ermənilərin ərazi hüququnu rəsmən tanısın, Türkiyənin siyasi təzyiqinin qarşısında güzəştə getməkdən imtina etsin;
Birləşmiş Ştatlar hökuməti, etibarsız müttəfiqi Türkiyə ilə münasibətlərdə dostluq mövqeyindən imtina etsin, ermənilərin tarixi soyqırım faktını rəsmən tanısın və bundan sonra ermənilərin ərazi tələblərini dəstəkləsin.

Çıxarış 22

Görünür, Erməni məsələsi erməni soyqırımın tanınmasından əlavə başqa şeyləri də nəzərdə tutur. Bu həm də ərazilərin qaytarılması, təzminat, ermənilərin azadlığını və müstəqilliyini bildirən dövlətçilik məsələləridir. Əgər soyqırım məsələsi həll olunsa, onda biz bu siyasi maddələrə keçə bilərik… Deyəsən, türklər nəhayət başa düşüblər ki, soyqırım məsələsi digər tələblərin gündəmə çıxarılmasını da şərtləndirir

Çıxarış 23

Biz Nümayəndələr palatasının 132 saylı Birgə Qətnaməsinə etiraz edirik. Bu qətnamə sadəcə memorial sənəd deyil. Onun müddələri kəskin tarixi mübahisə və ziddiyyətlər obyektidir. Qətnamə etibarlı müttəfiqimiz Türkiyə ilə münasibətlərimizə ciddi təsir göstərə bilər və bu təsir, bizim və digər blok üzvlərinin təhlükəsizliyini təmin edən bütün NATO alyansından da yan keçməyəcək. Bu qətnamə ən diqqətli, hərtərəfli və tənqidi təhlilə cəlb edilməlidir.

Çıxarış 24

Əgər biz əhəmiyyətli müttəfiqimizlə münasibətlərimizi və deməli, Amerikanın milli təhlükəsizlik maraqlarını da təhlükə altına qoyan qətnaməni qəbul etməyə hazırlaşırıqsa, bu sənədin bütün müddəalarının tam dəqiqliyindən əmin olmalıyıq. Bu halda əsaslı əks arqumentlər meydana çıxa bilər, ancaq biz əmin olarıq ki, hər halda mənəvi vəzifəmizi yerinə yetirib, doğru-dürüs tarixi həqiqətlərə əsaslanaraq çıxış edirik. Əks nəticələrə gətirib çıxaran hazırkı redaksiyanın qəbuluna gəlincə, onun ayrı-ayrı müddəaları və struktur dəqiqliyi ölkənin aparıcı tarixçiləri tərəfindən kəskin tənqidə məruz qaldıqdan sonra qətnaməni bəyənmək yanlışlıq və ağılsızlıq olardı.

Çıxarış 25

Böyük Britaniya hökuməti bu məsələylə bağlı, 5-7 iyul tarixində Türkiyə xarici işlər naziri Xələfoğlunun səfəri zamanı, Xarici işlər nazirliyinin mətbuat-brifinqində öz fikrini aydın ifadə etmişdir. Böyük Britaniya xarici işlər nazirliyi nümayəndəsinin dediyinə görə, Britaniyanın dövlət katibi nazir Xələfoğlunu əmin edib ki, bu yaxınlarda Avropa Parlamenti tərəfindən qəbul olunmuş Erməni qətnaməsi ilə Əlahəzrət kraliça hökumətinin heç bir bağlılığı yoxdur. O qeyd edib ki, bu məsələdə Avropa Parlamenti Avropa Birliyi ölkələrinin baxışlarını ifadə etmir və onlar müstəqil seçkili orqan olan Parlament tərəfindən ifadə olunmuş fikirlərə görə heç bir məsuliyyət daşımırlar.

Ardı var

AzNews.az