Diplomların tanınması sadələşdirilir

Təhsil Nazirliyi 2013-cü ildən etibarən xarici ölkələrdə ali təhsil almış azərbaycanlı gənclərin diplomlarının tanınması prosedurunu sadələşdirəcək. Bu barədə məlumatı Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin müdiri Samir Məmmədov verib.

İdarə müdiri bildirib ki, xüsusi proqram təminatı hazırlanaraq gələn ildən istifadəyə veriləcək. Bunun nəticəsində diplomunun tanınmasını istəyən şəxsdən ərizələr elektron formada qəbul olunacaq: "Sənədlər təsdiqləndikldən sonra ərizə vermiş şəxs yalnız bir dəfə diplomunu nazirliyə təsdiq üçün təqdim edəcək".

E.Əlosmanqızı
AzNews.az