Məlum olduğu kimi, Milli Məclisin ötən iclasında 2015-ci ilin Dövlət Büdcə zərfi qəbul edildi. Büdcədə Elm və Təhsilə ayrılan xərcləri artırılması ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Məlum olduğu kimi, Milli Məclisin ötən iclasında 2015-ci ilin Dövlət Büdcə zərfi qəbul edildi. Büdcədə Elm və Təhsilə ayrılan xərcləri artırılması ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

“Çox böyük layihələrə start veriləcək” – Adil Əliyev

Məlum olduğu kimi, Milli Məclisin ötən iclasında 2015-ci ilin Dövlət Büdcə zərfi qəbul edildi. Büdcədə Elm və Təhsilə ayrılan xərcləri artırılması ekspertlər tərəfindən yüksək qiymətləndirilib.



İclas zamanı millət vəkilləri - Siyavuş Novruzov və Adil Əliyev çıxış edərək, təhsilə ayırdığı vəsaitlərin Azərbaycan təhsilinin inkişafına töhfə verə biləcəyini deyiblər.

Məsələ ilə bağlı AzNews.az-ın sualların cavablandıran, deputat, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev hesab edir ki, gələn il büdcədə təhsilə ayrılan vəsaitin artırılması bu sahədə aparılan siyasətin uğurla inkişafına stimul verəcək: "Cənab Prezidentin fədakar fəaliyyəti sayəsində ölkəmiz dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən birinə çevrilir. Belə olan halda xalqın mədəni intibahının daha da sürətləndirilməsi, inkişaf etmiş ölkələrin elm, bilik marafonunda ön sıralarda yer alması zəruridir. Çünki dünya təcrübəsi göstərir ki, təhsil bütün zamanlarda tərəqqinin hərəkətverici qüvvəsi olub. Hesab edirəm ki, son dövrlərdə elmin inkişafı üçün aparılan kadr islahatları, bir sıra yeni qurumların yaradılması, eləcə də Təhsil naziri Mikayıl Cabbarovun bu sahəyə yeni nəfəs gətirməsi ciddi nəticələr verəcək".

Millət vəkilinin fikrincə, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra təhsil sahəsi prioritet məsələlərdən biri olub və hazırda da bu xətlə inkişaf etdirilir: "Ulu öndər Heydər Əliyev hakimiyyətə gələn kimi təhsil sahəsində çalışanların rifahinin yüksəldilməsi üçün ciddi addımlar atdı. Onun "Mən müəllim peşəsindən daha şərəfli peşə tanımıram" kəlamı bu gün cənab Prezident tərəfindən yüksək tutulur, bu sahəyə ildən-ilə diqqəti daha da artırır. Cənab İlham Əliyevin elm və təhsilimizin ən yüksək dünya standartlarına çatdırılması üçün neft kapitalının insan amilinə çevrilməsi siyasətini dövlətimizin inkişaf prioritetlərindən biri elan etməsi, bu istiqamətdə davamlı olaraq görülən işlər ölkəmizi dünyanın intellektual mərkəzlərindən birinə çevirməkdədir.

Bütün bunlarla yanaşı Heydər Əliyev Fondu da dövlət səviyyəsində həyata keçirilən təhsil proqramlarına güclü dəstək verir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" və "Təhsilə dəstək" layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses davam etdirilir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva beynəlxalq tədbirlərdə də ölkə təhsilinin inkişafı ilə bağlı qürurla danışır və bu sahədə yeni-yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirir. Bütün bu işlərin nəticəsidir ki, Azərbaycan indi regionda təhsilə ən çox sərmayə qoyan ölkə hesab olunur. Bu gün dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər yeni məktəb binaları tikilmir, bizdəki qədər məktəblərin ən müasir İKT ilə təchiz olunmasına diqqət yetirilmir.

Gələn ilin büdcəsində təhsilə ayrılan vəsaitin artırılması, eləcə də Heydər Əliyev Fondunun xüsusi diqqəti göstərir ki, bu sahədə işlər davam etdiriləcək, eyni zamanda çox böyük layihələrə start veriləcək. Çox böyük ehtimalla növbəti ildə təhsil sahəsində çalışanların əmək haqları da artırılacaq və ümumiyyətlə, onların rifahının daha da yüksəldiləməsi üçün müvafiq sərəncamlar veriləcək. Cənab Prezidentin dediyi kimi, hər bir ölkənin dünyada mövqeyini adamların bilikləri və insan kapitalı müəyyənləşdirir.

Azərbaycanda hər bir şərait yaradılır ki, yeniyetmə və gənclər təhsilin bütün pillələrində öz istedadlarını aşkar edə bilsinlər. Nəzərə almaq lazımdır ki, mükəmməl təhsil alan, düzgün istiqamətləndirilən hər bir gəncin istedadı ümumimilli sərvətə çevrilir və ölkənin tərəqqisinə xidmət edir".

Qeyd edək ki, Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8.1%-i təhsil sahəsinə yönəldiləcək və bunun üçün büdcədən 1717.2 milyon manat ayrılacaq. Bu, isə 2014-cü illə müqayisədə 3.5%, 2013-cü illə müqayisədə 19% çoxdur.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 52.5%-i ümumtəhsil, 30.7%-i təhsil sahəsində digər müəssisə və tədbirlərin, 9.7%-i məktəbəqədər təhsil, 2.3%-i ali təhsil, 2.6%-i orta ixtisas təhsili, 2%-i ilk peşə ixtisas təhsili, 0.2%-i əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək. Gələn il təhsil xərcləri üçün ayrılan vəsaitin 313.9 milyon manatı bır sıra dövlət proqramları və tədbirlərinin maliyyələşdirilməsinə sərf ediləcək.

Azər
AzNews.az