Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi “Aydın Yol” qəzetinin baş redaktoru Fəxri Uğurlunun istefası ilə bağlı xəbərlər yayılsa da, işdən çıxarılan qəzetin iki əməkdaşının adları açıqlanmamışdı. Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi “Aydın Yol” qəzetinin baş redaktoru Fəxri Uğurlunun istefası ilə bağlı xəbərlər yayılsa da, işdən çıxarılan qəzetin iki əməkdaşının adları açıqlanmamışdı.

Afaq Məsud Zöhrab Əmirxanlını niyə işdən çıxardı?

Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun rəhbərlik etdiyi “Aydın Yol” qəzetinin baş redaktoru Fəxri Uğurlunun istefası ilə bağlı xəbərlər yayılsa da, işdən çıxarılan qəzetin iki əməkdaşının adları açıqlanmamışdı.



AzNews.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin əməkdaşlardan biri tanınmış jurnalist Zöhrab Əmirxanlıdır. "Qafqazinfo"ya açıqlamasında Z.Əmirxanlı bildirib ki, işdən çıxarılmasının səbəbi haqda ona heç bir məlumat verilməyib: "Elə məsələlər var ki, onları mən həll etmirəm. İşdən niyə çıxarıldığımı da bilmirəm. Heç kim çağırıb bir söz deməyib. Sadəcə deyilib ki, Zöhrab Əmirxanlı getsə yaxşı olar. Mən də heç maraqlanmadım. Çünki maraqsız idi. Mən 3 ay orada işlədim, axırıncı ayın hər günü ərizə yazmaq üçün işə gedirdim".

Jurnalistin ərizə yazmaq istəməsinin səbəbi isə istirahətinin pozulması olub: "Aramızda heç bir problem yox idi. Sadəcə səhərlər bulvarda 2-3 saat gəzirəm. Qəzet onu mənim əlimdən almışdı. Mən həyatımı elə qurmuşam ki, onu qəzetə xərcləyəsi adam deyiləm.

İşdən çıxarılandan sonra çox rahatam. Dünən də, bu gün də gəlib bulvarda 3-4 saat gəzmişəm, indi də evə gedirəm".


Z.Əmirxanlı bundan sonra nə edəcəyini də açıqlayıb: "İstəmirlər işləməyəcəyəm. Dostlar sağolsun, saytlar var, qələm də əlimdədi. Yazıb qonorarımı alacağam. Mən heç vaxt qəzetdən aldığım maaşla dolanmamışam. Sadəcə mənə orda sağlam mühit maraqlı idi. Ona görə getdim ora, amma alınmadı".

İşdən azad olunan digər əməkdaş "Proloq" qəzetinin redaktoru olmuş Tahir Kazımovdur.

Baş redaktor Fəxri Uğurlu isə bu əməkdaşların uzaqlaşdırılmasına görə istefa verib. Hələ ki, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud qəzetdəki istefalarla bağlı danışmayıb.