“Azərbaycanda ünvanlar Avropa sistemi ilə veriləcək”. “Azərbaycanda ünvanlar Avropa sistemi ilə veriləcək”.

“Binalara ünvanlar Avropa standartı ilə veriləcək” - RƏSMİ

“Azərbaycanda ünvanlar Avropa sistemi ilə veriləcək”.



Bu barədə AzNews.az-a Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz əmlakın kadastrı və texniki inventarlaşma mərkəzindən məlumat verilib.

Bundan əvvəl köhnə qaydalara əsasən bir binaya bir ünvan verilirdisə, indi binanın bir neçə girişi varsa, həmin girişlərin açıldığı küçələrdən binalara ünvanlar veriləcək:
"Yeni ünvan lövhələri ilə bağlı artıq dizayn işləri yekunlaşıb. Ünvan lövhələrinin istehsalı ilə bağlı Cənubi Koreyanın "SG" şirkəti ilə söhbətlər aparılıb. İlkin mərhələdə həmin lövhələr Cənubi Koreyada, daha sonra isə Azərbaycanda hazırlanacaq. Lövhələr ekoloji təmiz məhsuldan olmaqla 10 il zəmanətlə hazırlanacaq".

Qeyd edək ki, tədbirlər ölkə prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən həyata keçirilir.

Komitədən onu da bildiriblər ki, yeni qaydalar beynəlxalq təcrübəyə və Avropa şəhərlərində tətbiq edilən qaydalara uyğun hazırlanıb. Azərbaycanda tətbiq edilən bu yanaşma MDB regionunda ünvanla bağlı müasir tələblərə uyğun tətbiq edilən ilk təcrübədir. Artıq komitə tərəfindən müasir dizaynlı yeni ünvan lövhələrinin istehsalına və quraşdırılmasına başlanılıb.

Gültəkin ƏLƏSGƏR
AzNews.az