Şair İlyas Tapdığın səhhətində problem yaranıb. Şair İlyas Tapdığın səhhətində problem yaranıb.

“Çəkilişdən gələndən sonra ölürəm” – İlyas Tapdıq

Şair İlyas Tapdığın səhhətində problem yaranıb.



Bu barədə AzNews.az-a açıqlamasında şairin özü məlumat verib.

O bildirib ki, xəstələnməsinə səbəb "Space" televiziyasında keçirilən 80 illik yubileyinin çəkilişi olub: "Kanaldan mənim 80 illik yubileyimin keçirilməsi ilə bağlı təklif gəldi. Mən də sevindim və dəvəti qəbul etdim. Özüm də xəstəydim. Yataqdan qalxıb getdim. Orada 7-8 saat çəkiliş oldu. Həmin vaxt məni elə bir soyuq tutdu ki, ordan gələndən ölürəm. Çox pisəm, özüm də hardasa 12 kloqram çəki itirdim".

İ.Tapdıq 80 illik yubileyi ilə bağlı gecəyə dəvət olunanlara öz təşəkkürünü bildirib: "Sağ olsunlar ki, məni sayıb gəldilər".

Bahar RÜSTƏMLİ
AzNews.az