Arxivlər elektron şəklə salınacaq – Azərbaycanda

Türkiyənin “Kod-A” şirkəti 2-5 dekabrda Bakı Ekspo Mərkəzində “BakuTel sərgisi”ndə özünün xidmətlərini sərgiləyəcək.


AzNews.az xəbər verir ki, şirkət Azərbaycanda dövlət və özəl şirkətlərin arxivlərini elektronlaşdıraraq qeydiyyat və sənəd problemini bir dəfəlik həll edəcək. Məqsəd isə qardaş ölkə Azərbaycanın müasir və modern inkişaf tempini arxiv sisteminə də tətbiq etməkdir. Beləcə, Azərbaycanda dövlət qurumlarının və özəl şirkətlərin arxivləri tam təhlükəsiz şəraitdə qorunacaq.

Türkiyədə elektronik arxiv bazarında 90 % hissəyə sahib olan "Kod-A" Arxiv Qoruma və Qeyydiyyat Sisteminin İdarəedilməsinin 1500 işçisiylə Türkiyə məşğulluq sahəsində uzun illərdir ki, yığılan və qurumların ən mühüm problemlərindən birini təşkil edən arxivlərin elektron versiyasını hazırlayır. Beləcə qurumların arxivləri elektron şəklə salınacaq. "Kod-A" vasitəsilə həyata keçirilən ən müasir axtarış sistemi ilə bütün məlumatları anında əldə edə etmək mümkün olacaq. Şirkət Türkiyədə qurumların yüklənmiş arxivlərini İzmirdə yerləşən 21 hektarlıq ərazidə tikilib. "Kod-A" Arxiv Şəhərciyində məlumatlar yüksək texnoloji və beynəlxalq standartlara cavab verəcək səviyyədə saxlanılır.

Şirkətin direktor müavini Cüneyit İncədən aldığımız məlumata görə, sənədlərin sürətlə çoxalması bir çox idarə və qurumlarda sənədlərdən istifadə edilməsini çətinləşdirir.
Arxivləri qorumaq və qeydiyyat sistemini pratikləşdirmək üçün kənardan bu xidmətdən faydalanmaq problemin ən asan həllidir. "Kod-A" Arxiv Qoruma və Qeyydiyyat Sisteminin İdarəedilməsinin xidmətləri sayəsində nəzarət asanlaşır, şikayətləri minimum həddinə salır, sənədləri saxlamaq, yerləşdirmək,
sistemləşdirmək, nəql etmək və əməliyyat xərclərini azaldır. Ayrılacaq əlavə məkan problemini aradan qaldırır, sənədləri daha asan və rahat əldə etmək nəticəsində məhsuldarlığı artırır, sənəd kağızlarının zərər görməsi kimi problemləri bir dəfəlik ortadan qaldırır və qurumların arxiv yaddaşını qoruyur.

Elektron Arxiv Şəhərciyi Beynəlxalq sənəd idarəçiliyi standarlarında xidmət edir. İlk "Kod-A" Elektron Arxiv Şəhərciyi Erzincanda 2010-cu ildə salınıb.

İzmirdə 2012-ci ildə qurulan belə şəhərcik Arvopada ən böyük elektron arxiv şəhərciyi olmağı hədəfləyir.

AzNews.az