Fransanın Metz şəhərində fransız rəssamı Reno Baltzingerin soyqırımı qurbanlarının xatirəsinə həsr edilən rəsm sərgisi açılıb. Fransanın Metz şəhərində fransız rəssamı Reno Baltzingerin soyqırımı qurbanlarının xatirəsinə həsr edilən rəsm sərgisi açılıb.

Fransada Xocalı soyqırımına aid sərgi- FOTOLAR

Fransanın Metz şəhərində fransız rəssamı Reno Baltzingerin soyqırımı qurbanlarının xatirəsinə həsr edilən rəsm sərgisi açılıb.




AzNews.az-ın AzərTac-a istinadən məlumatına görə, sərgi İkinci Dünya müharibəsi zamanı qətlə yetirilən yəhudilərə və 1992-ci ildə ermənilərin kütləvi şəkildə qırdıqları Xocalı sakinlərinə həsr edilib.

Açılış mərasimində çıxış edən rəssam R.Baltzinger soyqırımı mövzusuna müraciət etməsinin əsassız olmadığını qeyd edib.

Tədbirdə iştirak edən səfirliyin nümayəndəsi Ayaz Qocayev qonaqlara Xocalı soyqırımı və bu cinayətin dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir neçə il əvvəl başlatdığı "Xocalıya ədalət" beynəlxalq kampaniyası barədə məlumat verib.

Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və Şuşa haqqında nəşr olunan kitab və broşürlər tədbir iştirakçılarına paylanıb.

Sərgi dekabrın 7-dək davam edəcək.
image description image description image description image description