“Qanunda hərbçilərin torpaqla təmin olunması nəzərdə tutulsa da, bu məsələ kağız üzərində qalmaqda davam edir. Hərbiçilərlə bağlı qanunda belə bir bəndin olmasının hərbçilərin həyatına heç bir müsbət təsiri yoxdur”. “Qanunda hərbçilərin torpaqla təmin olunması nəzərdə tutulsa da, bu məsələ kağız üzərində qalmaqda davam edir. Hərbiçilərlə bağlı qanunda belə bir bəndin olmasının hərbçilərin həyatına heç bir müsbət təsiri yoxdur”.

“Hərbçilərə mənzil verilsin” – Deputatdan təklif

“Qanunda hərbçilərin torpaqla təmin olunması nəzərdə tutulsa da, bu məsələ kağız üzərində qalmaqda davam edir. Hərbiçilərlə bağlı qanunda belə bir bəndin olmasının hərbçilərin həyatına heç bir müsbət təsiri yoxdur”.



Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib.

Deputat hərbi qulluqçuların mənzil təminatı ilə bağlı ayrıca qanunun qəbul olunmasını təklif edib. O, bildirib ki, əvvəlki qanunlarda hərbçilərlə bağlı iki mühüm maddəni qəbul etsək də, heç bir faydası yoxdur:
"Çünki biz qanunda iki mühüm maddəni qəbul etmişik-torpaqla təminat və 20 il qüsursuz xidmət. Torpaqla təminat məsələsi demək olar ki, işlənməyən maddədir. 20 il qüsursuz xidmət məsələsi çox az sayda hərbçiləri əhatə edir. Bu müddət böyük bir zamandır və müddətdən kənar daha az xidmət etmiş hərbçi qulluqçularımızın özləri, ailələrinin yaşama yerləri ilə əlaqədar ciddi problemləri var. Hərbçilərin mənzil təminatı məsələsi Rusiya qanunvericiliyinə istinadən götürülüb. Amma bu gün Şimal qonşumuz həmin sahədə çox böyük dəyişiklik edib. Yəni bu gün yalnız dövlətdən mənzil alma məsələsi deyil, həm də orada müxtəlif fondlardan toplanan vəsaitlərlə, hərbi sahəyə yönəldilən ipotekalar vasitəsilə, bir sözlə 6-7 indikator var ki, onların hesabına toplanan vəsaitlərlə hərbiçilərin mənzil problemi aradan qalxa bilər".

Gültəkin ƏLƏSGƏR
AzNews.az