“Hazırda İsraildə xəstəxanadayam, müayinə olunuram” “Hazırda İsraildə xəstəxanadayam, müayinə olunuram”

“Xərçəng xəstəsi necə olar ki?” – Vaqif Səmədoğlu

“Hazırda İsraildə xəstəxanadayam, müayinə olunuram”



Bunu AzNews.az-a açıqlamasında Vaqif Səmədoğlu deyib.

Xalq şairi bildirib ki, həkimlər onu həm də müalicə edir.

"Ümumi vəziyyətiniz necədir?" sualına Vaqif Səmədoğlunun cavabı belə olub: "Xərçəng xəstəsi necə olar ki? Xərçəngəm".

Qeyd edək ki, Vaqif Səmədoğlu uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, bununla bağlı dəfələrlə Azərbaycanda, bundan sonra isə İsraildə müayinə olunub, müalicə kursu keçib.

Xatırladaq ki, bir neçə gün bundan öncə Vaqif Səmədoğunun səhhətində kəskin ağırlaşma hiss olunub və o, xüsusi təyyarə ilə İsrailə aparılıb.

Vaqif Səmədoğlunun İsrailə həyat yoldaşı Nüşabə Vəkilova ilə birlikdə getdiyi bildirilir.

Bahar RÜSTƏMLİ
AzNews.az