Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində daha 4 məktəb arasında “Qardaşlaşma sazişi” imzalanıb. Beləliklə, qardaşlaşan məktəblərin sayı 30-a çatıb. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində daha 4 məktəb arasında “Qardaşlaşma sazişi” imzalanıb. Beləliklə, qardaşlaşan məktəblərin sayı 30-a çatıb.

Qardaşlaşan məktəblərin sayı 30-a çatdı - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “İlboyu bilik” proqramının “Qardaşlaşmış məktəblər” layihəsi çərçivəsində daha 4 məktəb arasında “Qardaşlaşma sazişi” imzalanıb. Beləliklə, qardaşlaşan məktəblərin sayı 30-a çatıb.



AzNews.az xəbər verir ki, Sabirabadın M.Ə.Sabir adına 1 saylı tam orta məktəbi Lənkəran şəhər V.Əliyev adına 4 saylı Humanitar təmayüllü məktəb-liseyinin qonağı olub.

Heydər Əliyev parkında görüşən şagirdlər ümummilli liderin abidəsini ziyarət etdikdən sonra Lənkəran şəhərini gəzintiyə çıxıblar. Məktəblilər arasında intellektual yarışmalar keçirilib, dəyirmi masalar təşkil olunub.

Tərəflərin imzaladığı "Qardaşlaşma sazişi"nin müddəları onların müzakirəsi əsasında müəyyənləşib. Qonaqlar ev sahiblərinə hədiyyələr verib, hər məktəb təmsil etdiyi rayonun, oxuduğu təhsil ocağının təqdimatını keçirib.

Layihənin qeyri-adiliyi ondan ibarət olub ki, burada təkcə qaliblər deyil, məğlublar da mükafatlandırılıb.


Növbəti "Qardaşlaşma sazişi" Qazax şəhər 1 saylı orta məktəbi ilə Qəbələ şəhəri 2 saylı orta məktəbi arasında imzalanıb.

Qarşılanma mərasimindən sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Qəbələdəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Tarix Diyarşünaslıq muzeyində, Heydər Əliyev Mərkəzində, Qəbələnin başqa görməli yerlərində olan layihə iştirakçıları maraqlı dəyirmi masalara və viktorinalara qatılıblar.

"Qardaşlaşmış məktəblər" layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında "bilik körpüsü"nün yaradılmasına, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradır.

image description image description