- Köhnə - Cəmiyyət
- 2 Dekabr 2014 17:08
- 3 424
MŞ rəhbərliyi Macar Turan Fondunun sədri ilə görüşdü
APA-nın məlumatına görə, görüşdə 2015-ci ildə Macarstanda Macar Turan Fondu tərəfindən düzənlənəcək "Atilla günü"nə hazırlıqlarla bağlı müzakirələr aparılıb.
A. Biro bildirib ki, gələn ildən başlayaraq hər il avqust ayında Macarstanda "Atilla günü" olaraq böyük bir festivalın təşkili nəzərdə tutulub: "Məqsəd bütün Türk xalqları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və Avropada türk xalqlarının tarixlərinin, mədəniyyətlərinin daha yaxından tanıdılmasına nail olmaqdır".
Görüşdə həmçinin Macar Turan Fondunun sədrinə Azərbaycan Mətbuat Şurası və ATXƏM adından "Türk Dünyasına üstün xidmətlərinə görə" ödülü təqdim olunub.