- Köhnə - Cəmiyyət
- 10 Fevral 2015 15:17
- 3 102
Azərbaycanlı jurnalist Gürcüstanın əməkdar jurnalisti oldu
“Gürcüstan” qəzetinin baş redaktoru, əslən azərbaycanlı olan İslam Əliyev Gürcüstanın əməkdar jurnalisti adına layiq görülüb.
AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, nu haqda Gürcüstan Jurnalistlər İttifaqı məlumat yayıb. Məlumatda deyilir ki, o, bu ada Gürcüstan mətbuatındakı uzunmüddətli və uğurlu fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, 1970-ci ildən "Gürcüstan" qəzetində çalışan İslam Əliyev 2004-cü ildən 2014-cü ilədək AzərTAc-ın Gürcüstan üzrə xüsusi müxbiri vəzifəsində çalışıb. 2015-ci ildən o, "Gürcüstan" qəzetinin baş redaktoru təyin edilib.
İslam Əliyev jurnalist kimi uzunmüddətli səmərəli fəaliyyətinə görə Gürcüstan dövlətinin digər mükafatlarına da layiq görülüb.