Xalq şairi Fikrət Qocanın səhhəti normallaşıb. Xalq şairi Fikrət Qocanın səhhəti normallaşıb.

Fikrət Qocadan xəbər var – “Özünü yaxşı hiss edir”

Xalq şairi Fikrət Qocanın səhhəti normallaşıb.



Bunu AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O bildirib ki, F.Qocanın səhhəti ilə bağlı Türkiyə ilə əlaqə saxlanılıb: "Fikrət Qoca özünü yaxşı hiss edir və səhhəti qaydasına düşüb. Müayinə bu gün də davam etdiriləcək, sonra isə nəticələr açıqlanacaq".

X.Rza əlavə edib ki, xalq şairinin əməliyyat olub-olunmaması müayinələrdən sonra bəlli olacaq.

Qeyd edək ki, xalq şairi Fikrət Qoca ürək xəstəliyindən əziyyət çəkir. O, dünən təcili olaraq Türkiyəyə aparılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az