- Köhnə - Cəmiyyət
- 12 Fevral 2015 12:09
- 17 504
Şahbaz Xuduoğlunun həyat yoldaşı dəfn edildi - FOTOLAR
Dünən yol qəzasında dünyasını dəyişən “Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı Könül Rüstəmxanlı Binəqədi kənd qəbiristanlığında torpağa tapşırılıb.
AzNews.az Lent.az-a istinadən xəbər verir ki, mərasimdə millət vəkili Sabir Rüstəmxanlı, mərhumun qohumları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, mərhumun üç mərasimi 14 fevral günü Təzə Pir məscidində keçiriləcək.
Xatırladaq ki, dünən saat 15.30 radələrində Masallı-Yardımlı yolunda 90-LB-944 dövlət nömrə nişanlı, "Toyota Prado" markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun" Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun həyat yoldaşı, xəsarət alan İlahə Əliyeva isə bacısıdır.