- Köhnə - Cəmiyyət
- 13 Fevral 2015 10:46
- 3 453
Avtomobillə Bakının bu küçələrinə getməyin – Sıxlıq var
Bu gün Bakının bir çox küçələrində avtomobillərin hərəkətində problem yaranıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi özünün Facebook səhifəsində yazıb.
Məlumatda deyilir ki, hazırda paytaxtın Mehdi Hüseyn küçəsi İçərişəhər metrostansiyası istiqamətində (alternativ küçə Teymur Elçin), Həsən Əliyev küçəsi Asan Xidmət istiqamətində (alternativ - Bakıxanov küç.) və Azadlıq prospekti şəhər istiqamətində (alternativ yol - Atatürk prospekti) sıxlıq var.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə alternativ yollardan istifadə etməyi məsləhət görür.