Tarixdə bu gün: 18 fevral Tarixdə bu gün: 18 fevral

Nəriman Həsənzadənin ad günüdür - Tarixdə bu gün

Tarixdə bu gün: 18 fevral



Tarixdə bu gün fevralın 18-də Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib, şair-dramaturq Nəriman Həsənzadə dünyaya gəlib, rus şairi Vladimir Mayakovski Bakıya gəlib, Böyük sərkərdə Əmir Teymur vəfat edib.

1405-ci ildə Böyük sərkərdə Əmir Teymur vəfat edib.

1451-ci ildə Fateh Sultan Mehmet ikinci dəfə taxta çıxıb.

1516-cı ildə İngilis kraliçası Mariya Tüdor dünyaya gəlib.

1546-cı ildə Alman teoloq Martin Lüter vəfat edib.

1564-cü ildə İtalyan memar Mikelancelo vəfat edib.

1745-ci ildə İtalyan fizik Alessandro Volta dünyaya gəlib.

1855-ci ildə Rus imperatoru II Aleksandr taxta çıxıb.

1895-ci ildə Qəzəlxan Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov) dünyaya gəlib.

1913-cü ildə Reymon Puankare Fransa prezidenti seçilib.

1921-ci ildə Azərbaycan Kommunist Partiyasının III qurultayı başa çatıb.

1922-ci ildə Tiflisdə Zaqafqaziya Kommunist təşkilatlarının I qurultayı başlayıb.

1924-cü ildə Əməkdar artist Osman Hacıbəyov anadan olub.

1926-cı ildə rus şairi Vladimir Mayakovski Bakıya gəlib.

1926-cı ildə Yukatan yarımadasında qədim mayyalılara aid 5 şəhərcik aşkar edilib.

1929-cu ildə Moskva rəhbərliyinin qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi – Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilib.

1931-ci ildə şair dramaturq Nəriman Həsənzadə dünyaya gəlib.

1937-ci ildə İstanbulda eşşəklərin hərəkəti qadağan edilib.

1952-ci ildə Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunublar. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi olub.

1965-ci ildə Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.

1967-ci ildə ABŞ atom bombasının "atası"Robert Oppenheymer vəfat edib.

1979-cu ildə Böyük Səhraya qar yağması bütün dünyada maraq oyadıb.

1988-ci ildə Boris Yeltsin Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd vəzifəsindən azad olunub, Rusiya demokratlarının liderinə çevrilən Yeltsinin Qorbaçovla hakimiyyət uğrunda mübarizəsi başlayıb.

1990-cı ildə Ermənilərin Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partlatması nəticəsində çox sayda insan həlak olub.

1993-cü ildə Türkmənistan prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) küçələrə onun adının verilməməsi barədə göstəriş verib.

2004-cü ildə İranda kimyəvi maddələr daşıyan qatarın partlaması nəticəsində 5 kənd dağılıb və 320 nəfər həlak olub.

2008-ci ildə Türkiyə Kosovonun müstəqilliyini tanıyıb.

2009-cu ildə "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirləri təntənəli mərasimlə açılıb.