- Köhnə - Cəmiyyət
- 18 Fevral 2015 18:59
- 5 268
Müdafiə Nazirliyinin işçiləri Heydər Əliyev Mərkəzində- FOTO
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zəngin mədəniyyətə malik Azərbaycan xalqının tarixi nailiyyətlərini, mədəni həyatda qazanılmış uğurlarını öyrənmək, həmçinin bu müvəffəqiyyətlərin əldə edilməsi sahəsində öz müdrik siyasəti ilə qəlbimizdə böyük sevgi və ehtiram dağı ucaltmış ümummilli liderimiz Heydər Əliyevin həyatı ilə bağlı dəyərli anları yenidən yaşamaq baxımından Mərkəzdə olan gəzinti xoş təssürat yaradıb.
İstər ölkəmizin sürətli inkişaf yolunu, istər tariximizi, istərsə də ulu öndərimizin şəxsi həyatını və əmək fəaliyyətini özündə parlaq əks etdirən sərgi nümunələri, qədim eksponatlar, hədiyyələr və müxtəlif təyinatlı əşyalar böyük maraq doğurmaqla yanaşı, ümummilli öndərimizə olan sonsuz sevgi və diqqəti xeyli artırıb və milli qürur hissini gücləndirib.

