- Köhnə - Cəmiyyət
- 20 Fevral 2015 18:01
- 3 417
Cəbhə xəttində monitorinq
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq, qarşı tərəfdə isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yevgeni Şarov keçiriblər.